Rauf Zeyni: "Bir erməni snayperindən, əsgərindən, zabitindən hər hansı bir humanizm ummaqla özümüzü aldatmayaq"

Rauf Zeyni: "Bir erməni snayperindən, əsgərindən, zabitindən hər hansı bir humanizm ummaqla özümüzü aldatmayaq"
"Əgər həmsədr ölkələrin rəhbərləri, Minsk qrupu, ATƏT və digər beynəlxalq təşkilatlar bu gün bir snayperin öhdəsindən gələ bilmirsə, onlar sülhə necə nail ola bilərlər? Ona görə də bu və ya digər məsələləri olduğu kimi dünya ictimaiyyətinə çatdırmaq lazımdır". SİA-nın xəbərinə görə, bu barədə Milli QHT Forumunun sədri Rauf Zeyni deyib. O bildirib ki, əgər bizim bir körpəmizin, bir milyondan artıq qaçqınımızın dərdi harayı bütün dünya ictimaiyyətinə çatdırılmırsa və yaxud da təsir etmirsə, deməli ya biz öz texnologiyamızı, yanaşmamızı dəyişməliyik, ya da dünya ictimaiyyəti bizim səsimizi eşitmək niyyətində deyil. Bunun çox ciddi bir məsələ olduğunu deyən R.Zeyni vurğulayıb ki, bir erməni snayperindən, əsgərindən, zabitindən hər hansı bir humanizm ummaqla özümüzü aldatmayaq.

"Bu insanlar üçün heç bir müqəddəs bir şey yoxdur. 100-200 il ərzində ermənin Azərbaycan xalqına qarşı apardığı soyqırımları, terrorru, faciələri təhlil etdikdə görürsən ki, biz hansısa sivil düşməndən danışa bilmərik. Bunun nə müharibədə, nə ictimaiyyətdə, nə məişətdə, nə də heç bir halda sivilliyi yoxdur. Xaricdə olan erməni təşkilatları, ziyalıları bu işğala, bir uşağın ölümünə etiraz etməyib, çünki onların böyük Ermənistan xülyası var. Ona görə də biz bütün metodları, yanaşmaları təhlil edib, yenilərini axtarıb tapmalıyıq. Dünyanın yeni imkanlarını, özümüzün imkanlarını təhlil eməliyik", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə