"Qəbul edilən qərarlar cəmiyyətdə humanizmə zəmin yaradır" Zahid Oruc
“Dekriminallaşdırma ilə bağlı parlamentdə qəbul olunan qanunlar artıq özünün müsbət nəticəsini verməkdədir”. SİA-nın xəbərinə görə, bunu millət vəkili Zahid Oruc parlamentin bu gün keçirilən plenar iclasında Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı çıxış edərkən deyib.
Qəbul edilən qərarların cəmiyyətdə humanizmə, hüquq və azadlıqlarının qorunmasına zəmin yaratdığını deyən millət vəkili bununla yanaşı, geniş dinlənmələrə ehtiyacın olduğunu da dilə gətirib.
Onun sözlərinə görə, insan haqları mövzusunda əleyhimizə ixtisaslaşan xeyli qurum var: “Bu cür dinləmələr daxildə xarici təşkilatların iştirakı ilə keçirilə bilər. Ən çox alternativ cəzaların verilməməsi məsələsini məhkəməyə irad kimi bildirirdik. Onlar da bizə qanunların olmamasını bildirirdi. Bu gün müzakirə edilən bu dəyişikliklər bir çox insanların həyatına təsir göstərəcək. Pandemiya və insan haqları mövzusunu qısa şəkildə diqqət çəkmək istəyirəm. Bu şəraitdə tətbiq olunan hər hansı inzibati cəzalara görə Azərbaycana qarşı tənqidlərin olması ilə bağlı görüntü yanlışdır. İkincisi, tətbiq olunan sanksiyaları bizim əleyhimizə çevirmək istəyən qüvvələr var. Fransada 359 min nəfərə pandemiya dövründə cəzalar tətbiq edilib, İtaliyada bu rəqəm 410 mindir. Mart ayında bizdə cəza tədbirləri sadəcə 33 min nəfərə tətbiq edilib. Azərbaycan dövlətinin ali məqsədi bu dönəmdə siyasi mənsubiyyətinə görə kiməsə cəza vermək deyil”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB