"Azərbaycan xalqı dövlət başçısı ilə bir yerdədir" ÖZƏL-MÜNASİBƏT

"Azərbaycan xalqı dövlət başçısı ilə bir yerdədir" ÖZƏL-MÜNASİBƏT

Doğrudan da bu pandemiya ümumi bir bəladır və ölkə başçısının da qeyd etdiyi kimi bu bir gözəgörünməz düşməndir və Cənab Prezidentin rəhbərliyi ilə bu düşmənlə mübarizə cəmiyyətin diqqət mərkəzindədir. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Yusif Bağırzadə deyib.

O, xüsusilə qeyd edib ki, belə bir vəziyyətdə, pandemiya vəziyyətində Cənab Prezidentin Azərbaycan xalqını diqqəti mərkəzində saxlaması, qayğılarla əhatə etməsi vətəndaşlarımız tərəfindən yüksək qiymətləndirilir.
“Mən bir politoloq kimi görürəm ki, Cənab Prezidentin rəhbərliyi ilə tədbirlər yüksək səviyyədə keçirilir. Digər tərəfdən, ölkə başçısının vətəndaşlarımıza olan qayğısını da əlbəttə ki, qeyd etmək yerinə düşərdi. Beləki, 2,5 milyard manat vəsait bu istiqamətdə ayrılıb, 44 min sahibkarlıq subyektində çalışan 300 min nəfər Azərbaycan vətəndaşının əhəmiyyətli hissəsinin əmək haqqısı dövlət tərəfindən ödənilib, dövlət sektoru üzrə 900 min, qeyri-dövlət sektoru üzrə 690 min vətəndaşın evdə qalmaqla məvacibi təmin edilir ki, bu çox böyük bir rəqəmdir. İşsizlərə birdəfəlik yardımın göstərilməsi, komunal ödənişlər sahəsində güzəştlər, vətəndaşların banklardan götürdükləri kreditlərlə bağlı yüngülləşdirilmələr, faizlərin dayandırılması haqqında qərarlar ölkə vətəndaşının qayğı ilə əhatə olunması deməkdir.

Bütün bu sadalanan tədbirlərin, göstərilən qayğının qarşılığında əlbəttə ki, hər bir Azərbaycan vətəndaşı kimi biz Cənab Prezident İlham Əliyevə öz minnətdarlığımızı bildirməliyik və bundan sonra da bildirəcəyik. Bu həm də onu göstərir ki, Azərbaycan xalqı dövlət başçısı ilə bir yerdədir, ölkə vətəndaşı öz dövlətinin, onun Prezidentinin arxasında dayanıb”, deyə Yusif Bağırzadə bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə