"Trump özü üçün, özünün qarşıdan gələn seçki kompaniyasında vəziyyətini yaxşılaşdırmaqdan ötrü artıq belə bir plan ortaya qoyur". Bu sözləri SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu Amerika Birləşmiş Ştatlarında seçki prosesi ilə bağlı həm Donald Trampın yürütdüyü siyasət, həm də karantin rejimində ölkə Prezidentinin iqtisadiyyat sektorlarını açıq elan etməyə hazırlaşması ilə bağlı məsələlərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, seçki ərəfəsində olan Amerika Birlşmiş Ştatlarında indi hazırkı Prezident Donald Tramp öz retinqini qaldırmağa çalışır: "Trampın məntiqi belədir: Onsuz da koronavirusdan ölənlər ölür... Hazırkı Amerika Birləşmiş Ştatlarının səhiyyə sisteminin indiki vəziyyəti isə koronavirusa qarşı bundan artıq mübarizə apara bilmir. Eyni zamanda, əhalini evdə saxlamaqla, iqtisadiyyatın bəzi sektorlarının fəaliyyətini də dayandırmaqla əhalinin sosial-iqtisadi vəziyyətini daha da ağırlaşdırmış olur. Bu vəziyyətdə Amerika büdcəsindən də əlavə pullar gedir. Yəni, əhalinin sosial-iqtisadi vəziyyətini yüngülləşdirmək üçün xərclənən vəsaitlə bərabər dövlət büdcəsi də boşalır".
Mübariz Əhmədoğlu bildirib ki, bütün bu hadisələr fonunda indi Tramp iqtisadiyyatda oyanmanı təmin etməyə çalışır: "Bütün bunların hamısı da Trampın bədbəxtliyindən seçki ərəfəsində baş verir. Buna görə də Trump özü üçün, özünün qarşıdan gələn seçki kompaniyasında vəziyyətini yaxşılaşdırmaqdan ötrü artıq belə bir plan ortaya qoyur. Belə ki, hissə-hissə ölkənin ayrı-ayrı seqmentlərini ölkənin iqtisadi həyatına qoşacaq ki, iqtisadi aktivliyi təmin etsin. Bununla da insanlar içərisində Trampa qarşı narazıçılıq az olsun. Beləliklə, Trampın reytinqi də yenidən yüksək olsun. Ümumi halda Amerika Birləşmiş Ştatlarında vəziyyət belədir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB