Plenar iclasın vaxtı və çıxışların müddəti azaldıldı

Plenar iclasın vaxtı və çıxışların müddəti azaldıldı

Parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev plenar iclaslarının karantin dövründə 2 saat müddətində yekunlaşdırılması ilə bağlı təklif irəli sürüb. SİA-nın xəbərinə görə, o deyib ki, virus daha çox qapalı məkanlarda yayıldığı üçün çıxışlar 5 dəqiqəyə, iclaslar isə 2 saata yekunlaşmalıdır.

“Bu alınmasa, 2 saatdan sonra fasilə verilməli, qapı-pəncərələr açılıb, hava dəyişdirilməlidir”, - deyən komitə sədri vurğulayıb.

Məsələ səsverməyə çıxarılaraq deputatlar tərəfindən qəbul edilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə