Ursula fon der Layen: "Avropa İttifaqının tarixində ən ağır il olacaq"
Avropanın iqtisadiyyatında iqtisadi böhran karantin ölçüləri nəticəsində baş verəcək və bu, Avropa İttifaqının (Aİ) tarixində ən ağırı olacaq. SİA xəbər verir ki, bu barədə Aİ komissiyasının rəhbəri Ursula fon der Layen Avroparlamentin onlayn sessiyasında çıxış edərkən deyib.
O, gələcək illərdə Aİ-nin büdcəsinin genişləndirilməsini təklif edib. Belə ki, nə Aİ-nin iqtisadi yardım üzrə fəaliyyət göstərən institutları ilə razılaşdırılmış 540 milyard avro, nə Aİ-nin tərkibində olan 27 ölkənin milli maraqları üçün tətbiq etdikləri ümumi məbləğ - 3 trilyon avroluq ölçülər böhrandan çıxmaq üçün yetərli olmayacaq.
“Avropa bir çox böhranlardan keçib, lakin pandemiyadan sonra gözlənilən bu cür iqtisadi tənəzzüllə qarşılaşmayıb. Yardıma hamının ehtiyacı olacaq və bunda kimsə günahkar deyil. Mövcud böhran sosial həyatın dayanmasına görə əziyyət çəkən sağlam şirkətlərə hərtərəfli zərbə vuracaq”, deyə fon der Layen çıxışında bildirib.
O, Avroparlamenti Aİ institutlarının iqtisadi dəstək yönündə qəbul etdiyi son qərarlarını dəstəkləməyə çağırıb. Layen o cümlədən, aprelin 14-də Avropa qrupu tərəfindən təsdiq edilən və Aİ ölkələrinə məxsus müəssisələrin 540 milyardlıq kreditləşdirmə proqramını əks etdirən qərarın da dəstəkləməyə dəvət edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB