Çinin cənub-qərbində yerləşən Yunnan vilayətində partlayış baş verib. SİA-nın xarici mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə Syuanvey şəhərinin Haidai yaşayış məntəqəsində fəaliyyət göstərən kömür mədənində qeydə alınıb. İlkin məlumata əsasən, partlayış nəticəsində 7 nəfər ölüb. Hadisə zamanı mədəndə olan insanların ümumi sayı barədə məlumat verilmir.
İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub. Hadisə yerində müvafiq işlər görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB