İsrailin rabitə naziri Moşe Kaxlon Bakıya rəsmi səfər edəcək

İsrailin rabitə naziri Moşe Kaxlon Bakıya rəsmi səfər edəcək

İsrailin rabitə naziri Moşe Kaxlon mayın 16-da Bakıya rəsmi səfər edəcək. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, bu İsrailli nazirin Azərbaycan ilk səfəri olacaq. Bakıda onun azərbaycanlı həmkarı Əli Abbasov qəbul edəcək.

 

Eyni zamanda Kaxlonu rabitə və informasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən iş adamlarından ibarət nümayəndə heyəti müşaiyət edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə