"AŞPA qondarma seçkilərə niyə münasibət bildirmir?" ÖZƏL-MÜNASİBƏT
"Aprelin 14-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə cənab Prezidentin Avropa Şurasının mövqeyi ilə bağlı səsləndirdiyi fikirlər bütün gerçəklikləri çılpaqlığı ilə əks etdirir". Bunu SİA-ya politoloq İlqar Vəlizadə deyib.
"Axı necə ola bilər ki, Avropa Şurası Parlament Assambleyası Ermənistanın hərbi təcavüzü nəticəsində işğal edilmiş Azərbaycan ərazilərində süni şəkildə yaradılmış rejimdə keçirilən qondarma seçkilərə münasibət bildirmir? Ümumiyyətlə AŞPA-nın rəsmi borcudur ki, bu cür qanunsuz əməllərə və yaxud da tədbirlərə reaksiya versin. Bu onların vəzifə borcudur. Bunların həmin məsələlərə reaksiya verməməsi, həmin bu vəzifə borcunun pozulması deməkdir. Niyə? Çünki biz digər ölkələrdə onların işğal olunmuş ərazilərində qanunsuz hansısa bir rejim eynilə bu cür tədbirlər keçirəndə daha sərt reaksiyaların şahidi oluruq. Amma bizdə məsələlərə heç bir reaksiya olmur. Sanki AŞPA-nın nümayəndələri, rəsmiləri bu halı görmür. Bu yanaşma təəssüflər olsun ki, işğalçı rejimə müəyyən dəstək verir. Buna rəğmən hansısa bir addımlar atılmır. Əlbəttə ki, Azərbaycan tərəfi buna sadə gözlə yanaşa bilməz. Bizim tələbimiz odur ki, əgər biz sözügedən qurumun üzvüyüksə, bu qurum heç olmasa öz vəzifə borcunu yerinə yetirməlidir. Cənab Prezident İlham Əliyevin reaksiyası əsas olaraq buna söykənir”-deyə, İ.Vəlizadə fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB