Gəncə şəhərində hemofiliyalı və talesimiyalı xəstələr üçün qanvermə aksiyası keçirilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, aksiayda ilk olaraq Gəncə şəhər Səhiyyə İdarəsinin kollektivi qan verib. Təxminən 100-dən artıq tibb işçisindən qan götürülüb. Rəsmi məlumatlara əsasən Gəncə Qan Bankında qərb bölgəsi üzrə 67 talesimiyalı və 33 hemofiliyalı xəstə qeydiyyatdadır.
Talesimiya diaqnozu ilə yaşayan 37 nəfərdə xəstəlik xüsusi ilə aktivdir. Bundan əlavə qurumda 13 nəfər anomiyalı xəstə də qeydiyyata alınıb. Bu xəstələrə ildə bir neçə dəfə ehtiyat qan lazım olur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB