Türkiyə Hava Qüvvələri komandanı, general Həsən Aksay ABŞ-ın uçuş kodarını vermədiyi müştərək hərbi təyyarə ilə bağlı müzakirələrin davam etdiyini və bu an üçün heç bir problem olmadığını söyləyib. SİA-nın verdiyi məlumata görə, Aksay Türkiyənin tamamən milli imkanlarla öz hərbi təyyarəsini də istehsal edəcəyini bildirib: "Türk Hava Qüvvələri indidən çalışmalara başlayıb. Təşkilatımızı qurduq. 25 il sonra təyyarəmizi istehsal etmək üçün indidən çalışmaları başlatdıq. Tamamilə milli imkanlarda müdhiş bir təyyarə istehsal edəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB