Nikol Paşinyan öz adamını “seçdirdi” və… ANALİTİK

Nikol Paşinyan öz adamını “seçdirdi” və… ANALİTİK

Qarabağ klanı açıq hücuma keçəcək

Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağda separatçı qurumun tərəfindən keçirilən saxta “prezident və parlament seçkiləri”ndən sonra ermənilər arasında kəskin qarşıdurmalara start verilib. Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyanın, eləcə də erməni parlamentinin sipkerinin “yeni seçilmiş” Araik Arutunyanı təbrik etmələri onsuz da Ermənistan və Qarabağ erməniləri arasında mövcud olan düşmənçilik münasibətlərini daha da dərinləşdirmiş oldu. Halbuki, Qarabağ klanı bilavasitə öz adamlarının “seçilməsini” istəyir, bu istiqamətdə Ermənistan hakimiyyəti ilə qarşı-qarşıya gəlirdilər.

Koçaryan məsələsi vəziyyəti daha da gərginləşdirib

Artıq sözügedən “təbriklərdən” sonra bəyanatlar da səslənməyə başlayıb. Misal üçün, Ermənistan ermənilərini “ağ adamlar” adlandıran Bako Saakyan, həmçinin digər qarabağlı erməni Samvel Babayan Araik Arutunyanı Qarabağ ermənilərin maraqlarını Paşinyanın maraqlarına satdığını bəyan ediblər.

Buna səbəblərdən biri də, Arutunyanın Ermənistanın keçmiş prezidenti, hazırda həbsdə saxlanılan Robert Koçaryanla bağlı dediyi fikirləridir. O, Koçaryanın həbsinin Ermənistanın “daxili işi” olduğunu deyib və eyni zamanda Ermənistanın hüquq-mühafizə strukturlarının işinə şübhə ilə yanaşmadığnı bildirib.

Hətta Ermənistan ictimaiyyəti də Paşinyanın Qarabağ planlarını tənqid edirlər

Məhz bu fikir qarabağlı ermənilərdə kəskin əsəb oyadıb və indi də, “seçkilərin” nəticələri ilə razılaşmadıqlarını, habelə sona qədər İrəvan ermənilərinə qarşı müqavimət göstərəcəklərini deyiblər. Bu realıq isə bir daha sübut edir ki, beynəlxalq aləm saxta seçkiləri tanımadığını bəyan etməklə yanaşı, həmin ərazilərdə klanlar savaşını daha da şiddətləndirəcək. Çünki bu məsələ artıq çərçivədən çıxıb.

Başqa tərəfdən, artıq Ermənistanın ictimai rəyi də, əsasən müxalif fikirli insanlar N.Paşinyanın Qarabağ planını sərt şəkildə tənqid edir, habelə bu məsələnin bütövlükdə erməniçilik üçün zərbə olacağını deyirlər. Lakin göründüyü kimi, bunu qulaqardına vuran Paşinyan pərdəarxası şəkildə Qarabağ ermənilərinə müharibə elan edib. Bu müharibədə isə hər iki tərəfin məğlub olacağı bəri badşdan bəllidir. Daha dəqiq desək, bu kimi klan savaşlarını etməkdənsə, işğal altındakı ərazilərimizi boşaltmaları haqqında düşünsəydillər daha yaxşı olardı. Çünki Azərbaycan çox yaxın zamanlarda həm işğal altındakı torpaqlarını azad edəcək, həm də bu kalnların siyasi məhvini reallaşdıracaq.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə