“Türk- erməni” dostluq heykəlinin söküntüsünə başlanılıb

“Türk- erməni” dostluq heykəlinin söküntüsünə başlanılıb

Türkiyənin Qars şəhərindəki "insanlıq abidəsi" adlandırlan "türk-erməni" dostluq heykəlinin söküntüsü üçün ilk texniki işlər aparılıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, heykəlin götürülməsi üçün isə İstanbul şəhərindən 200 tonluq qaldırıcı kran gətirilir. Abidənin yuxarıdan aşağıya doğru kəsilərək götürüləcəyi açıqlanıb.

 

Hazırda isə ilk olaraq ekskavatorla abidənin təməl daşları sökülüb, ətrafının torpağı təmizlənib. Eyni zamanda bölgədə təhlükəsizlik tədbirləri görülüb və adıçəkilən əraziyə avtomobillərin girişi qadağan edilib.

 

Qeyd edək ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Qarsa səfəri zamanı bələdiyyə sədri və digər rəsmilərlə görüşündə bölgənin tarixi-memarlıq üslubuna zidd olan əcaib tikililərin sökülməli olduğunu bildirmişdi. O, məlum abidəni "eybəcər" ("uçubə") adlandırmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə