Dünyada neft ehtiyatına görə ən zəngin ölkə 259,9 milyard barellə Səudiyyə Ərəbistanıdır. Bu ölkəni İran, İraq, Küveyt və Birləşmiş Ərəb Əmirlikləri izləyir. SİA-nın məlumatına görə, Enerji Bazarının Tənzimləmə Təşkilatının Neft Bazarı Sektoru dünyadakı neft ehtiyatları, bu ehtiyatların ölkələr üzrə paylanması və tələbatla bağlı hesabat hazırlayıb. Hesabata görə, Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələrin ümumi istehsalı dünya istehsalının 40 faizini təşkil edir.
İran neft ehtiyatına görə 137,6 milyard barellə ikinci, İraq 115 milyard barellə üçüncü, Küveyt 101,5 milyard barellə dördüncü, Birləşmiş Ərəb Əmirlikləri isə 97,8 milyard barellə beşinci sıradadır. Rusiyanın 60, Liviyanın 44,3, Qazaxıstanın 30, Qətərin 25,4, Azərbaycanın 7, Misirin 4,3, Suriyanın 2,5 milyard barel neft ehtiyatı var.
2010-cu ildə dünya xam neft tələbatı orta hesabla gündəlik 86,72 milyon barel olub. Bu isə 2009-cu ildən 2,8 faiz çoxdur. ABŞ-ın neft istehlakı dünya üzrə istehlakın 22 faizini təşkil edib. Bu isə onun ən yaxın təqibçisi Çinin istehlakından iki dəfə çoxdur. Neft istehlakının miqdarına baxdıqda ABŞ, Avropa ölkələri və Yaponiya kimi inkişaf etmiş ölkələrin istehlakında azalma olduğu müşahidə edilir. Əksinə Çin və Hindistan kimi inkişaf etməkdə olan ölkələrdə istehlak miqdarında artımın davamlılığı görünür.
Digər tərəfdən dünyanın neft tələbatındakı artım tempinə baxmayaraq, neftin ilk enerji mənbələri sırasında istifadə nisbəti düşür. Bunun ən əhəmiyyətli səbəbi isə enerji ehtiyacındakı artımın böyük hissəninin elektrik enerjisindən ibarət olması və elektrik tələbatındakı artımın daha çoxunun kömür, təbii qaz və bərba olunan enerji mənbələri ilə ödənilməsidir. Dünya üzrə gündəlik neft istehsalında Rusiya 10,1 milyon barellə birinci yerdədir. Sonrakı yeri isə 8,4 milyon barellə Səudiyyə Ərəbistanı tutur. Hesabatda 2010-cu il üçün Azərbaycan neft istehlakının gündəlik 1,17 milyon barel olduğu qeyd edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB