Yük maşınları erməni-gürcü sərhədindən buraxılmırlar “İrates”

Yük maşınları erməni-gürcü sərhədindən buraxılmırlar “İrates”

Ermənistanın “İrates” nəşri yazır ki, “Baqrataşen” erməni-gürcü nəzarət-buraxılış məntəqəsində yüzlərlə yük maşınları cəmlənib. Hətta onlar kilometrlərlə uzunluqda bir-birinin arxasına düzülüblər. Bu yük maşınlarının sürücüləri artıq bir gündür ki, sərhədi keçmək üçün gözləyirlər.

Nəşr yazır ki, bu vəziyyət həftələrdir davam edir. Bununla yanaşı, dəqiq cavab verilmir və situasiyanın nə zaman həll olunacağı, eləcə də, ümumiyyətlə sərhədin keçiləcəyinin mümkünlüyü barədə dəqiq cavab verilmir.

“Sürücülər şikayət edirlər ki, hətta ən elementar problemlərini - su və qida məsələlərini belə həll edə bilmirlər. Furalarda tərəvəzlər və digər subyektlər var ki, böyük itkilərə məruz qalırlar”.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə