Elmar Məmmədyarov Əhməd Davudoğlu ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İrana səfəri çərçivəsində türkiyəli həmkarı Əhməd Davudoğlu ilə görüşüb. SİA-nın xəbərinə görə, görüş İranın Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiya şəhərində baş tutub. Görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, ölkələr arasında əməkdaşlıq və Yaxın Şərqdə mövcud olan son hadisələr müzakirə olunub.
Səfər zamanı E. Məmmədyarov həmçinin İranın Qərbi Azərbaycan vilayətinin rəhbəri Vahid Cəlalzadə ilə görüşüb. Görüş zamanı İranla Azərbaycan arasında möcvud olan əməkdaşlıq və gələcək perspektivlər müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB