Bu gün gənclər və idman naziri Azad Rəhimov İordaniyaya rəsmi səfərə yollanıb. Bu barədə SİA-ya Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Belə ki, 12 okytabr 2009-cu ildə Əmman şəhərində "Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında 2010-2011-2012-ci illər üçün elm və təhsil, mədəniyyət və incəsənət, gənclər və idman, arxeologiya, səhiyyə və media sahələri üzrə İcraedici Əməkdaşlıq Proqramı" imzalanıb. Bununla yanaşı, İordaniya Haşimilər Kralı II Abdullahın Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində 16 may 2010-cu il tarixdə "Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və İordaniya Haşimilər Krallığının Ali Gənclər Şurası arasında gənclərlə iş sahəsində əməkdaşlıq haqqında Saziş" imzalanıb. Proqramı və sazişin müddəalarından irəli gələn məsələləri müzakirə etmək məqsədi ilə gənclər və idman naziri Azad Rəhimov İordaniya Haşimilər Krallığı Gənclərlə iş üzrə Ali Şurasının sədri tərəfindən bu ölkəyə dəvət olunub.
Qeyd edək ki, səfər 21 aprel 2011-ci il tarixinədək davam edəcək.
Qeyd edək ki, səfər 21 aprel 2011-ci il tarixinədək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB