Geydelberq Universiteti Almaniya Azad Demokrat Partiyası (AADP) Rəyasət heyətinin üzvü, Avropa Parlamenti sədrinin müavini Silvana Kox-Merinə qarşı irəli sürülmüş plagiat ittihamlarının fəal surətdə yoxlamağa başlayıb.
SİA-nın məlumatına görə, dpa agentliyinin yaydığı xəbərdə bildirilir ki, fəlsəfə fakültəsinin attestasiya komissiyası Kox-Merinin namizədlik dissertasiyasını tez bir zamanda yoxlamaq üçün artıq ilk addımları atıb. İttihamlar təsdiqini taparsa, Silvana Kox-Merin açıq izahatla çıxış etməli olacaqdır.
Frans Press Agentliyinin məlumatına görə, "İqtisadiyyat və siyasət arasında tarixi valyuta ittifaqı" mövzusunda namizədlik dissertasiyasının Kox-Merin tərəfindən yazılmasına şübhə Geydelberq Universitetinə gələn anonim zəngdən sonra yaranıb. Az sonra "plagiator ovçularI" internetdə həmin elmi işdən çıxarışlar yerləşdiiblər. Ümumən 20 səhifədən ibarət olan bu parçalar guya müəllif tərəfindən başqa mənbələrdən iqtibas kimi təqdim olunmayıb.
Kox-Merin özü ittihamları şərh etməkdən boyun qaçırır. 227 səhifədən ibarət dissertasiyanın mətnini araşdırmaq xeyli müddət tələb edir. Odur ki, yoxlamanın nəticələri aprelin axırından tez məlum olmayacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB