“Müxalifət olduqca zəifdir” RƏY-ÖZƏL

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın koronavirusla bağlı xalqa müraciətləri və gördükləri qabaqlayıcı tədbirlər müəyyən effekt verməyə başlayıb ki, bu da Azərbaycanın koronavirusla mübarizədə Ümumi Dünya Səhiyyə Təşkilatının qeyd etdiyi kimi öncül yerlər tutur və müvəffəqiyyətə nail olur" Bunu SİA-ya açıqlamasında Vəhdət partiyasının sədri, millət vəkili Tahir Kərimli deyib.

Hazırda Azərbaycanda koronavirusun geniş fürsət alınmasın qarşısı ciddi şəkildə alınır: "Hətta bəzi xarici dövlətlər Azərbaycanın bu təcrübəsindən istifadə edir. Belə olan halda, xaricidə yaşayan Azərbaycanı istəməyən şəxslər və onların yerdə ki, əlaltıları əlbəttə ki, çox ciddi təşviş keçirirlər. Ona görə ki, onlar virusla mübarizədə Azərbaycanın müvəffəqiyyət qazanacağından narahatdırlar. Bu da onlarda qıcıq yaradır. Əlbəttə ki, onlar bilirlər ki, Azərbaycan iqtidarına heç nə edə bilməzlər. Çünki müxalifət olduqca zəifdir, marginallaşıblar, artıq onları müdafiə edənlərdə yoxdur. Bir sözlə, müxalifətin xalq tərəfindən heç bir dəstəyi yoxdur”.

T.Kərimli bildirdi ki, bu çətinlikdən dövlətin dəstəyi, yardımı ilə çıxacağıq: “Prezident İlham Əliyev iki milyard yarım vəsait ayırıb və qeyd edib ki, lazım gəldikcə hələ Azərbaycan dövləti öz xalqını darda qoymayacaq və əlavə vəsaitlərdə ayıracaq və bütün lazım olan tədbirləri görəcək. Hazırda müasir tipli xəstəxanalarda koronavirusa yoluxanların müalicəsi aparılır. Karantin rejimi də, çox müvəffəqiyyətlə aparılır. Demək olar ki, artıq Azərbaycanda koronavirus piki keçməkdədir. Ona görə də, Əli Kərimli indiki vaxtda insanları mitinqə çağıra bilməsə də, xaricidə ki, havadarlarına müraciət edir ki, Azərbaycan iqtidarına qarşı mübarizə aparsınlar. Hansı dövlətin müxalifəti, başqa dövlətin adamlarını öz dövlətinə qarşı mübarizəyə çağırır? Ona görə də, burda satqınlıq elementləri var. Həm də siyasi mübarizə də, uduzmuş, hakimiyyətə gəlmək şansı olmayan bir zümrə cığallıq göstərir və istəyir ki, mümkün qədər iqtidarın imicinə ləkə vursun. Ancaq bu keçməyəcək. Azərbaycan iqtidarı müvəffəqiyyətlə hərəkət edir, eyni zamanda bütün dövlət orqanları səfərbər olunub, ən böyük məqsədimiz Azərbaycan vətəndaşının yanında olmaqdır, ona kömək etməkdir, bizdə bu sahədə əlimizdən gələni edirik. Yəni müxalifətin nə istəməsindən və etməsindən asılı olmayaraq, onlar heç vaxtı ölkəmizlə bağlı məkrli planları baş tutmayacaq”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...