"Qəbul edilən qərarlar minlərlə insanın narahatçılığına son qoyacaq" RƏY-ÖZƏL

“Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada və onun tərkib hissəsi olan ölkəmizdə koronavirus pandemiyasına qarşı çox ardıcıl və çox qətiyyətli mübarizə aparılır. Bununla yanaşı, koronavirus pandemiyasının vurduğu və ya vura biləcəyi maddi itkilərdən, zərər və ziyanlardan ötüşmək, sığortalanmaq üçün hər gün çoxsaylı addımlar atılır, Fərman və Sərəncamlar imzalanır”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

O bildirib ki, ölkə Prezidentinin rəhbərliyi ilə Azərbaycan dövləti, hökuməti öz üzərinə düşən bütün vəzifələri yerinə yetirir, müvafiq addımlar atır: “Dövlət başçısının tapşırıq, göstəriş və tövsiyələri ilə artıq bir neçə gündür ki, Nazirlər Kabineti tərəfindən qəbul edilən “Tədbirlər Planı”ında əksini tapan məsələlərin icrasına başlanılıb”.

Deputat söyləyib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işsiz vətəndaşlarımıza, “həssas ailə” qrupundan olan işsizlərə birdəfəlik ödəmələrə başlanılıb: “Qısa müddət ərzində 55 mindən artıq insan bu yardımdan yararlana bilib: “ Bununla yanaşı ötən gün Nazirlər Kabineti tərəfindən həm həssas ailə qrupları üçün 1 illik təhsil haqqının ödənilməsi, eləcə də elektrik enerji sərfiyyatı ilə bağlı atılan addımlar sevindiricidir. Ölkədə hazırda övladları ödənişli ali təhsil (əyani) alan “həssas ailələr”in sayı 20 mindən çoxdur. Yaxın zamanlarda da bu məsələnin icrası yönündə addımların atılmasına başlanılacaq. Bununla da, on minlərə insanıın sevincinə sevinc qatılacaq, onların narahatçılığına son qoyulacaq. Həmçinin, işığın da limiti 100 kilovat-saat artırılıb”.

E. Səlimov qeyd edib ki, bütün bunlarla yanaşı, bank borcları məsələsinə də yaxın günlərdə aydınlıq gətiriləcək: “Mərkəzi Bank, hökumət tərəfindən insanları sevindirəcək addımlar atılacaq”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...