Azərbaycan, İran və Türkiyənin xarici işlər nazirləri Urmiya Bəyannaməsi qəbul ediblər
Azərbaycan, İran və Türkiyənin xarici işlər nazirləri Urmiya Bəyannaməsi qəbul ediblər. SİA-nın xəbərinə görə, aprelin 16-da İranın Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiya şəhərində Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib.
İranın xarici işlər naziri Əli Əkbər Salehinin dəvəti əsasında baş tutmuş görüş dostluq və səmimilik şəraitində başa çatıb. Nazirlər qeyd ediblər ki, üçtərəfli görüşlərin hər il iki dəfə olmaq şərti ilə əyalət şəhərlərində təşkil edilməsi onların qarşılıqlı razılıqları əsasında həyata keçirilir. Belə görüşlər əlaqələrin daha sürətlə genişləndirilməsinə xidmət etdiyi kimi, regionda sülhün və əmin-amanlığın qorunmasına da böyük töhfələr verir.
Sonda nazirlər Urmiya Bəyannaməsi qəbul ediblər. Doqquz bənddən ibarət olan bəyannamədə iqtisadiyyatın kompleks inkişafı, türizm, elm və mədəniyyət sahələrində əlaqələrin genişləndirilməsi, terrorizmə, insan alverinə, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə imkanların əlaqələndirilməsi, regional və beynəlxalq təşkilatlarda əməkdaşlıq, münaqişələrin dövlətlərin ərazi bötövlüyü və sərhədlərin toxunulmazlığı çərçivəsində həlli və digər məsələlərə dair üçtərəfli əməkdaşlığın qurulmasına dair prinsiplər əksini tapıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB