“Əli bəy bizi küçələrə səsləyir... Gəlin çıxaq küçələrə, polis postlarını dağıdaq, onlara qan udduraq, haqqımızı tələb edək...”
AXCP sədri Əli Kərimlinin dağıdıcı müxalifətdəki tərəfdarlarını dolayı yolla silahlı müqavimətə səsləyir. Belə ki, radikalların “lideri” növbəti dəfə Sevinc Osmanqızının aparıcılığı ilə sosial şəbəkə üzərindən yayımlanan “Osmanqızı tv”də sətiraltı ifadələri ilə xüsusi karantin rejimindən sui-istifadə edərək, küçələri çıxmağa, icazəsiz aksiyalar keçirməyə çağırışlar edib. Məsələ ondadır ki, dünyada koronavirusun tüğyan etdiyi bir dönəmdən çirkin və xəyanətkar mövqeyini ortaya qoyan cəbhəçilərin sədri üçün xalq, dövlət marağı mövcud deyil.
AXCP sədri dövlətin vətəndaşların sağlamlıqlarının mühafizəsində dayanmasından qıcıqlanır
Dövlətin xalqın sağlamlığının mühafizəsi, xüsusilə də, sosial şəraitləri yetərli olmayan vətəndaşların qayğısına qalması istiqamətində atdığı addımları onun radikalizm və dağıdıcılıq kimi ucuz təfəkkürünü qıcıqlandırıb. O, yaxşı bilir ki, sağlam düşüncəli insanlar, vətəndaşlıq mövqeyinə sadiq olan insanlar heç vaxt belə çağırışlara məhəl qoymur və ümumiyyətlə, AXCP sədri kimi onun heç bir nüfuzu da yoxdur. Ona görə də, bu vəziyyətini ört-basdır etməkdən ötrü S.Osmanqızı ilə əvvəlcədən planlaşdırılmış mövzunu müəyyənləşdirib, azsaylı tərəfdarlarını qanunsuz şəkildə çölə-bayıra çıxmağa, karantin rejimini pozmağa, vətəndaşların sağlamlıqlarına zərər vurmağa səsləməkdədir.
“Osmanqızı tv”dəki çağırışları sübut olunmasının ardınca Əli Kərimli dərhal geriyə addım atıb
O da əbəs deyil ki, bu ünsürün və onun “Milli Şura”sı ətrafındakı digər ünsürlərin hər biri bu çağırışları dəstəkləyən statusla paylaşırlar. Beləliklə, bu vasitə ilə o və yan-yörəsindəki dağıdıcı ünsürlər koronavirus pandemiyasının yaratdığı çətin şəraitdən istifadə edib ölkəmizdə xaos yaratmaq niyyətində olan AXCP sədri Əli Kərimli indi də radikal cəbhəçiləri silahlanmaya və qan tökməyə çağırır.
Lakin bu məsələnin daha bir ilginc tərəfi budur ki, ortada faktlar ola-ola, daha dəqiq desək, onun “Osmanqızı tv”dəki çağırışları sübut olunmasının ardınca Ə.Kərimli dərhal geriyə addım atıb. Yəni necə deyərlər, tüpürdüyünü yalayıb. O, yaxşı bilir ki, onsuz da ona kimsə inanmır, hətta tərəfdarları arasında onun cəbhəçiləri yarı yolda qoyub-qaçacağını dərk edənlər var.
Mütləq qanunlar müqabilində öz layiqli cəzasını almalıdır!
Ancaq fakt-faktlığında qalır. Mövzuya aid fotofaktlradan da görünüyü kimi, Ə.Kərimlinin dağıdıcı ünsürləri əgər onun çağırışı olmasaydı, küçələrə çıxıb polislərə, hərbçilərə hücum etməyə aid rəylər yazmazdılar.
Həmin statusların bir neçəsini bir daha təqdim edirik - “Əli bəy bizi küçələrə səsləyir”, “Gəlin çıxaq küçələrə, polis postlarını dağıdaq, onlara qan udduraq, haqqımızı tələb edək”, “Əlimizə daş, balta, armatur götürək”, “Məmurların evlərinə hücum edək, qızıl, pul, bahalı əşyaları oğurlayaq” və s.
Artıq bu kimi halların daha əvvəllər də yaşandığını nəzərə alaraq xalq ümid edir ki, ölkəmizdə ictimai-siyasi sabitliyi pozmağa yönəlmiş kütləvi itaətsizlik və radikalizm çağırışlarına görə AXCP sədri Əli Kərimli mütləq qanunlar müqabilində öz layiqli cəzasını almalıdır!
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB