"Təhsil haqqı ilə bağlı verilən qərar ən humanist addımlardan biridir" AÇIQLAMA-ÖZƏL
“Son dövrlər ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə qəbul edilən qərarlar Azərbaycan xalqının bu çətin vəziyyətdən çıxması üçün ən aktual məsələləri özündə ehtiva edir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, millət vəkili Anar İsgəndərov deyib.
Bu gün tələbələrin Azərbaycan cəmiyyətinin ən aktual təbəqələrindən biri olduğunu deyən millət vəkili söyləyib ki, ötən gün Nazirlər Kabinetinin “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” qərarı ilə təkcə təhsil haqqını ödəməkdə çətinlik çəkən ailələrin problemi həll edilmir, dövlət həm də tələbələri bu çətin vəziyyətdə qoruyur: Bu mənada ötən gün qəbul edilən qərar dövlətimizin Azərbaycan sahibkarları, müvəqqəti işləyə bilməyənlər, işsizlərlə bağlı atılan adımlarla yanaşı tarixi qərardır”.
A.İsgəndərov qeyd edib ki, qəbul edən qərarın əsas mahiyyəti hazırki dövrdə həssas əhali qrupuna aid olan və ödənişli təhsil alan tələbələrin 1 illik təhsil haqqını ödəməkdir: “ Bununla da həmin kateqoriyaya aid ailələrin təhsil haqqı ilə bağlı problemləri həll edilmiş olur. Bu baxımdan qəbul edilən qərarı ən humanist addımlardan biri kimi qiymətləndirir, təhsil işçisi kimi atılan addıma çox sevinirəm”.
Atılan addımın tələbələr üçün böyük sevinc hissi bəxş etdiyini deyən deputat verilən qərarı təqdir edib: “ İnanıram ki, biz pandemiyanın yaratdığı çətinlikləri tezliklə aşacaq, güclü, xalqla bir olan dövlət olaraq bu bəladan qurtulacağıq. İnanıram ki, Azərbaycan tələbəsi də öz xalqı, dövləti üçün əlindən gələni edəcək. Çünki Azərbaycan tələbəsi gördü ki, həm ölkə başçısı, həm də dövlət onun yanındadır və həyat şəraitinin yaxşılaşdırılması üçün bütün lazımi addımlar atılır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB