Neftçala rayonunda birinci rübün nəticələri müzakirə edilib. SİA-nın Aran bürosunun verdiyi xəbərə görə, keçirilən müşavirədə İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov bildirib ki, 2011-ci ilin birinci rübündə ümumi məhsul istehsalının həcmi ötən ilin birinci rübünə nisbətən 24,1 % artıb.
Hesabat dövründə ümumi məhsul istehsalı 23,4 milyon manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,5 milyon manat çoxdur. 2011-ci ilin birinci rübündə ümumi məhsulun tərkibində sənaye məhsulu 3523,9 min manat və ya ümumi məhsulun 15,1 %-i qədər, kənd təsərrüfatı məhsulu 6919,0 min manat və ya 29,6 %, nəqliyyat xidməti 412,0 min manat və ya 1,8 % , rabitə xidməti 105,1 min manat və ya 0,4 %, ticarət, iaşə və digər xidmət sahələrinin həcmi 10808,5 min manat və ya 46,1 % , tikinti işlərinin həcmi 1638,8 min manat və ya 7,0 % olub.
Ümumi məhsulun həcmində qeyri-dövlət bölməsinin payı 92,9 %-ə çatıb. Adambaşına 289,7 manatlıq və ya 2010-cu ilin birinci rübünə nisbətən 22,2 % çox məhsul istehsal edilib. Cari ilin birinci rübündə əhalinin nominal pul gəlirləri 9209,2 min manat olmuş, ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,4 % artıb. Adambaşına düşən pul gəlirləri 18,7 % artaraq 114,0 manat olub. 2011-ci il üçün rayonun yerli gəlirləri 3624,0 min manat, xərcləri isə 14768,6 min manat təsdiq olunub. 2011-ci ilin birinci rübündə büdcəyə 768,3 min manata qarşı 924,9 min manat vəsait daxil olmuş və ya 120,4 % icra olunmuş, yerli xərclər 2769,1 min manata qarşı 2755,0 min manat və ya 99,5 % icra olunub.
Hesabat dövründə rayonda Aqrar sahədə müsbət irəliləyişlər olub. Belə ki, 2011- ci ilin birinci rübündə kənd təsərrüfatının ümumi məhsulu 6919,0 min manat olmuş ötən ilin müvafiq dövrü ilə müqayisədə 39 faiz artıb.Göstərilən dövrdə diri çəkidə 1191 ton ət, 4869 ton süd, 986 min ədəd yumurta istehsal olunub, ötən ilin birinci rübü ilə müqayisədə ət istehsalı 242 ton, süd istehsalı 205 ton, yumurta istehsalı 188 min ədəd artıb.
Heyvandarlığın inkişafı sahəsində müsbət irəliləyişlər olub ötən ilin eyni dövrü ilə müqayisədə iribuynuzlu heyvanların baş sayı 1090 baş, qoyun və keçilərin baş sayı 11710 baş artıb.
Müşavirədə müzakirələrdən sonra qarşıda duran vəzifələr müəyyənləşib və sonda Ölkə Prezidentinə müraciət qəbul olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB