"Həmin adamlar müəyyənləşdirilib yerləri göstərilməlidir" ÖZƏL-MÜNASİBƏT

"Həmin adamlar müəyyənləşdirilib yerləri göstərilməlidir" ÖZƏL-MÜNASİBƏT

"Təəssüflər olsun ki, hələ də siyasi arenada koronavirusla mübarizəyə fərqli don geyindirənlərə rast gəlirik. Doğurdan da bu adamların beynində problem var. Hətta bəzən sosial mediada görürəm ki, bəzi adamlar bunu Azərbaycan hakimiyyətinin uydurması adlandırırlar. Guya xalqın gözünü qorxutmaq, xalqı evlərə həbs edib guya narazı insanları susdurmaq üçün Azərbaycan hakimiyyətinin uydurduğu bir şey kimi təqdim edirlər. Yəni bunu demək üçün həqiqətən də adamda beynin olmaması lazımdır". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Siyasi şərhçinin sözlərinə görə, bütün dünya istinasız koronovirusdan danışır və bu pandemiyadan əziyyət çəkir: "Gündə minlərlə insan dünyanın müxtəlif ölkələrindən ölür. Sevindirici haldır ki, Azərbaycanda ölü sayı elə də çox deyil. Amma dünyanın ən aparıcı ölkələrində minlərlə insan hər gün bu koronovirusdan dünyasını dəyişir. Bundan savayı minlərlə, on minlərlə insan tək-tək ölkələrdə koronovirusa yoluxur və xəstələnir. Buna görə də ABŞ kimi nəhəng bir dövlət çarəsiz şəkildə vətəndaşlarını evdə qalmağa məcbur edir, küçəyə çıxmağa qoymur. Təbii ki, aparıcı Avropa ölkələri – Böyük Britaniya, Fransa, İspaniya, İtaliya, Almaniya kimi dövlətlər belə vətəndaşları küçələrdən yığışdırıb. Beləcə Azərbaycan dövləti də vətəndaşlarının qayğısına qaldığına görə, “evdə qal” rejimi tətbiq edib. Bununla bərabər dövlət vətəndaşın minimum tələblərini, ehtiyaclarını da ödəməyə çalışır. Yəni bu koronovirus Azərbaycan hakimiyyətinin uydurduğu bir şey deyil.

Amma baxırıq ki, sosial mediada bəzi beyinsizlər bunu Azərbaycan hakimiyyətinin ayağına yazırlar. Həmçinin insanları küçələrə çıxmağa, əllərinə keçən almaturla, silahla, bıçaqla silahlanıb polislərə, dövlətə hücum etməyə çağırış edənlər var. Əlbəttə ki, bu adamlar Azərbaycanda xaos əkmək və insanların həyatları ilə oynamaq istəyirlər. Düşünürəm ki, bizim cəmiyyətimiz koronovirus mərhələsi bitdikdən sonra o adamlarla da haqq-hesabını çəkməlidir. Yəni dövlət, qanun var və qanun çərçivəsində də həmin adamları müəyyənləşdirib onlara yeri göstərilməlidir".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə