Əli Əhmədov: “İranın İtaliyadakı səfiri həmin bəyanatı verməklə ölkəsində yaşayan azərbaycanlılara da hörmətsizlik edib” - AÇIQLAMA

Əli Əhmədov: “İranın İtaliyadakı səfiri həmin bəyanatı verməklə ölkəsində yaşayan azərbaycanlılara da hörmətsizlik edib” - AÇIQLAMA

Güman etmirəm ki, İranın İtaliyadakı səfirinin bəyanatı rəsmi Tehranın mövqeyidir. SİA-nın məlumatına görə, bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Əhmədov İranın İtaliyadakı səfirinin açıqlamasına münasibət bildirərkən deyib.

 

İranın dəfələrlə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində tamamilə başqa bir mövqe sərgilədiyini deyən Ə.Əhmədov bildirib ki, İranın İtaliyadakı səfirinin dediklərini araşdırmaq lazımdır: "Xarici İşlər Nazirliyi bununla bağlı öz mövqeyini ortaya qoymalıdır. Əgər həmin səfir həqiqətən belə bir açıqlama veribsə Azərbaycanın vətəndaşı, həm də Yeni Azərbaycan Partiyasının funksioneri kimi bunu qətiyyətlə pisləyirəm. İran və Azərbaycan qonşu dövlətlərdir, amma bizim münasibətlərimizi müəyyənləşdirən təkcə qonşuluq deyil, iki ölkəni daha əhəmiyyətli amillər birləşdirir. İranın dövlətçilik əsasında dayanan etnoslardan biri də azərbaycanlılardır. İranın səfiri həmin bəyanatı verməklə əslində ölkəsində yaşayan azərbaycanlılara da hörmətsizlik edib. Güman edirəm ki, Azərbaycanın müvafiq qurumları məsələni araşdırıb müvafiq şəkildə həllini tapmasına çalışacaqlar".

 

Qeyd edək ki, İranın İtaliyadakı səfiri Seyid Məhəmməd Əli Hüseyn İtaliya və İran ermənilərinin birgə qurultayında çıxışı zamanı bildirib ki, ölkəsində yaşayan ermənilər İran-İraq müharibəsi zamanı müsəlman qardaşları ilə bir səngərdə uzanmışdılar. Səfir ermənilərin ünvünına xeyli xoş sözlər işlədib və erməniləri "İranın şanlı tarixinin bir hissəsi" adlandırıb.

 

Əli Hüseyn qeyd edib ki, İran Konstitusiyası orada yaşayan ermənilərin bütün dini və milli huquqlarını rəsmən tanıyıb. Ermənilərin İran parlamentində 2 erməni depuatatla təmsil olunduğunu deyən səfir həmçinin bildirib ki, hazırda İranda 350 kilsə fəaliyyət göstərir və onlardan 3-ü YUNESKO-nun siyahısındadır.

Bütün xəbərlər Facebook səhifəmizdə