YAP Nizami rayon təşkilatında Heydər Əliyev Məktəbinin ilk məşğələsi keçirilib
Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatında Heydər Əliyev Məktəbinin ilk məşğələsi keçirilib. SİA-nın məlumatına görə, məşğələdə YAP icra katibi Əli Əhmədov, icra katibinin müavini Mübariz Qurbanlı, YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva və gənclər iştirak edib.
İlk olaraq YAP-a üzv olmaq üçün müraciət edən gənclərə partiyanın üzvlük vəsiqələri təqdim olunub. Daha sonra çıxış edən Ə.Əhmədov belə bir məktəbin yaradılmasına ciddi ehtiyacın olduğunu bildirib. YAP ətrafında yüksək düşüncəli gənclərin toplandığını deyən partiyanın icra katibi bildirib ki, onların yüksək fəallığı Heydər Əliyev Məktəbinin yaradılmasını zəruri edib.
Müstəqil Azərbaycan dövlətinin Heydər Əliyev siyasətinin birbaşa nəticəsi olduğunu qeyd edən Ə.Əhmədov 40 ildir ki, ümummilli liderin apardığı siyasətin Azərbaycanın hərəkətverici qüvvəsi olduğunu söyləyib: "Qırx ildir ki, Heydər Əliyevin siyasəti, onun ideyaları Azərbaycanın hərəkətverici qüvvəsidir. Onun qoyduğu bünövrə Azərbaycanın bugünkü inkişafının əsasıdır. 1993-cü ildə xalqın tələb və istəyi ilə yenidən hakimiyyətə gələn Heydər Əliyev xilasedici və qurucu şəxsiyyət olduğunu bir daha nümayiş etdirib. Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra ciddi inkişafa nail olundu, ictimai-siyasi sabitlik yaradıldı. Azərbaycan xalqı Heydər Əliyevi müstəqil Azərbaycanın banisi hesab edir. Müstəqilliyin 1991-ci ildə əldə olunmasına baxmayaraq müstəqillik üçün fundamental əsasları yaradan məhz Heydər Əliyev oldu".
Heydər Əliyev siyasətinin bu gün də uğurla həyata keçirildiyini dilə gətirən YAP icra katibi bildirib ki, ulu öndərin həyata keçirdiyi neft siyasəti Azərbaycanı bugünkü inkişaf səviyyəsinə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB