Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin - BƏYƏNATI

Böyük Britaniyanın Azərbaycandakı səfirliyi bəyanat yayıb. SİA-nın məlumatına görə, bəyanatda deyilir:

Böyük Britaniya ikinci turu aprel ayının 14-də baş tutacaq Dağlıq Qarabağdakı "prezident seçkilərini” tanımır.

Böyük Britaniya bir daha ATƏT-in Minsk Qrupu və onun həmsədrlərinin sülh prosesindəki rolunu dəstəklədiyini vurğulayır. Biz beynəlxalq hüququn bütün dünyada tanınan prinsip və normalarının əhəmiyyətini vurğulamaqla bərabər, Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini dəstəkləyirik. Biz Azərbaycan və Ermənistanı münaqişənin sülh yolu ilə həll olunması və etimadın yaradılması üçün səylərini sürətləndirməyə çağırırıq.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...