Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi Ənvər Seyidov Şuşanın işğalı ilə bağlı tarixi hadisələri özündə əks etdirən yeni roman yazıb. SİA-nın xəbərinə görə, bu barədə hakim Ənvər Seyidov özü məlumat verib. O bildirib ki, "Şuşanın süqutu" adlı romanda bu faciə ilə bağlı real faktlar öz əksini tapıb. Onun sözlərinə görə, bu roman əsasında sənədli film də hazırlanacaq: "Məndə bu vaxta kimi Şuşanın işğalı ilə bağlı istintaq materiallarını özündə əks etdirən 178 kaset var. Burada hadisələrin baş vermə səbəbləri, şahidlərin ifadələri toplanıb. Filmin çəkilişində bu kasetlərin bəzilərindəki materiallardan istifadə olunacaq. Bundan əlavə, "Ünvansız eşq" romanım əsasında film hazırlanır. Film mayın I ongünlüyündə nümayiş olunacaq. Bundan əlavə isə "Ürəyə gedən yollar", "İsti kökə" romanları əsasında da film hazırlanıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB