Daşkəsən rayonunun 20-ə yaxın kəndində tibb məntəqələri üçün yeni binaların tikilməsinə ehtiyac var. Tibb məntəqələri fərdi evlərdə, icra nümayəndəliyinin binasında fəaliyyət göstərdiyinə görə sakinlərə lazımı tibbi xidmət göstərməkdə çətinlik yaşanır.
Daşkəsən rayon Mərkəzi Xəstəxanasından SİA-nın bölgə müxbirinə verilən məlumata görə, tibb məntəqələri üçün xüsusi binalar 2009-2013-cü illəri əhatə edən dövlət proqramı çərçivəsində tikiləcək. Bununla yanaşı, Daşkəsəndə 60-ı həkim olmaqla 100-dən artıq tibb işçisinə ehtiyac var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB