Dünyanın ən iri internet şirkəti "Google"-un 2011-ci ilin birinci rübü ərzində əldə etdiyi təmiz mənfəət 2,3 milyard dollar təşkil edib və ötən ilin həmin dövründəki göstəricini 18 faiz üstələyib. SİA-nın məlumatına görə, bir adi səhm üzrə hesabda şirkətin mənfəəti 7,04 dollar olub. Google-un əməliyyat mənfəəti isə 2,8 milyard dollar təşkil edib.
Cari ilin birinci rübündə internet-nəhəngin mədaxili 2010-cu ilin analoji dövrü (6,77 milyard dollar) ilə müqayisədə 27 faiz artaraq 8,58 milyard dollar olub.
Bundan əvvəl Thomson Reuters şirkətinin analitikləri Google-un hesabat dövründə mədaxilinin 6,32 milyard dollar təşkil edəcəyini proqnozlaşdırırdılar.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB