Milli Məclisdən Koronavirusla Mübarizə Fonduna ianə ilə bağlı RƏSMİ AÇIQLAMA
Milli Məclisin cəmi 16 deputatının Koronavirusla Mübarizə Fonduna ianə etməsi ilə bağlı yayılan fikirlər həqiqəti əks etdirmir. Bu barədə SİA-ya Milli Məclisin mətbuat xidmətindən məlumat verilib. Bildirib ki, parlamentin bütün deputatları, o cümlədən, Milli Məclis Aparat və İşlər İdarəsinin işçiləri Koronavirusla Mübarizə Fonduna ianə ediblər. "Hətta bununla bağlı Milli Məclisin Sədri Sahibə Qafarova da parlamentin iclaslarının birində mətbuata və ictimaiyyətə məlumat verib. İanə kampaniyasında iştirak edənlərin siyahısı bizdə var. Hətta lazım gəlsə, Fonda ianə edənlərin siyahısını da təqdim edə bilərik", - deyə məlumatda qeyd olunur.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB