14 il bundan qabaq oğurlanan şəkil tapıldı

14 il bundan qabaq oğurlanan şəkil tapıldı
İspan polisi rəssam El Qreko Qoyinin 14 il bundan qabaq oğurlanan şəklini tapıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, 1990-cı illərin sonu müəllif şah əsərini bir kolleksiyaçıya ölkədən kənarda keçirilən sərgiyə aparmaq üçün icazə verib. Lakin şəkil İspaniyaya qaytarılan zaman itib.
Artıq şəkilin tapılmasına ümid qalmırdı, lakin polis ötən ilin oktyabr ayında rəsm əsərlərinin satışı ilə bağlı məlumat alıb. Milyon dollarlıq şəkil salamat vəziyyətdə Alikantedə yeni sahibin villasında tapılıb. Lakin oğrunun tapılması ilə bağlı hələ ki, məlumat yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə