Rusiya və Türkiyə arasında sadələşdirilmiş viza rejimi bu gündən etibarən qüvvəyə minir
Viza rejiminin sadələşdirilməsi haqqında Rusiya və Türkiyə arasında imzalanmış saziş bu gündən etibarən qüvvəyə minib. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, bundan sonra ruslar Türkiyədə, türklər isə Rusiyada viza almadan 30 gün fasiləsiz qala biləcəklər.
Qeyd edək ki, Rusiya və Türkiyə arasında viza rejiminin sadələşdirilməsi haqqında saziş Rusiya prezidenti Dmitri Medvedevin 2010-cu ilin mayında Ankaraya səfəri zamanı imzalanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB