ABŞ-İsrail: Anlaşılmazlıqlar, yoxsa süni yaradılan böhran?

ABŞ-İsrail: Anlaşılmazlıqlar, yoxsa süni yaradılan böhran?

ABŞ rəhbərliyinin bir Fələstin dövləti qurulmasındakı israrı İsrail ilə əlaqələri mənfiliyə istiqamətləndirib. Əlaqələr həqiqətən də gərginləşib? İsrail tərəfindən yaradılan böhranın süni və məqsədli bir böhran olduğu da ifadə edilir.

Hansı daha yaxındır: İsrail təəssübkeşliyi, yoxsa müstəqil Fələstin dövləti

Barak Obamanın rəhbərlik etdiyi ABŞ-ın Fələstin dövlətinin tanınmasına tərəfdar olması İsraili olduqca narahat edir. Yayılan bəzi məlumatlara görə, iki ölkə arasındakı əlaqələr qopma nöqtəsinə gəlib. İsrailin radikal sağçı Benyamin Netenyahu hökuməti Obamanın Orta Şərqdə sülh cəhdi və İsrail-Fələstin danışıqların qarşısındakı ən böyük maneə hesab edilir. İsrailin ortaya çıxardığı son süni siyasi böhran Fələstin dövlətinin yaradılması və beynəlxalq səviyyədə tanınması cəhdlərinin qarşısını almağı hədəfləyir. Fələstinin Birləşmiş Millətlər Təşkilatına daşımağı düşündükləri sənədin ABŞ tərəfindən dəstəklənilib-dəstəklənilməyəcəyi isə qeyri-müəyyəndir. Hesab edilir ki, ABŞ-ın Fələstini tanımaq istəyi əsl istək deyil, bir görüntü ola bilər.

İsrail qəzetlərinin də yazdığı xəbərlərə görə İsrail və ABŞ arasındakı anlaşılmazlıqlar getdikcə artır. Bunun səbəbi isə ABŞ prezidenti Barak Obamanın 1967-ci il sərhədləri daxilində bir Fələstin dövləti qurulmasında israr etməsidir. "Yedioth Ahronoth" qəzetinin xəbərinə görə, Benyamin Netenyahunun təxminən iki il əvvəl İsrail baş naziri olmasından indiyə kimi İsrail ilə ABŞ arasındakı əlaqələr ilk dəfədir ki, geriləyib. Ekspertlər ABŞ və İsrail arasındakı siyasi böhranın Fələstin Muxtariyyətinin Fələstin dövlətinin BMT-də beynəlxalq miqyasda tanınması istiqamətində fəaliyyətinə maneə olmaq, ya da ərəb inqilablarına təsir edə biləcək hər hansı bir cəhdin qarşısını almaq üçün ortaya çıxarılmış süni bir böhran olduğu fikrini müdafiə edir. Siyasi analitiklər indiki halda iki dövlət arasındakı münasibətlərin gərgin olduğunu bildirsələr də bu əlaqələrin pisləşəcəyini, ya da iki ölkə arasındakı strateji əlaqələrə təsir edəcəyini proqnozlaşdırmırlar.

İsrail-Fələstin sülh danışıqlarına əsas maneənin isə hakimiyyətdə olan Likud Partiyasının olduğu deyilir. ABŞ İsraili dəfələrlə işğal olunmuş ərazilərdə inşa layihələrini dayandırmağa çağırıb. Likud partiyası isə inşa layihələrinə dəstək verir. Bir sözlə İsraildə radikal sağçı Likud hökumətin varlığı ABŞ-ın Fələstin-İsrail müzakirələri və bölgədə sülh prosesi üçün səylərinin uğursuz qalmasında birbaşa təsiri olub. Ekspertlərin bir qismi də hesab edir ki, ABŞ rəhbərliyi Fələstin-İsrail müzakirələrinin reallaşdırılması və İsraildəki radikal sağçı hökumətə təzyiq edilməsi üçün ərəb ölkələrindəki inqilablardan faydalana bilər. Ancaq ehtimal olunur ki, ərəb ölkələrindəki son prosesləri nəzərə alan ABŞ hələ ki, özünü 1967-ci il sərhədləri daxilində müstəqil Fələstin dövlətinin yaradılmasının tərəfdarı kimi göstərir. Orta Şərqdəki proseslərin sentyabr ayına qədər müəyyənlik qazanmasından sonra ABŞ Fələstin dövlətinin tanınması ilə bağlı mövqeyini dəyişə də bilər.

İsraildəki seçkilər həlledici ola bilər

ABŞ-ın Fələstin dövlətinin qurulmasını dəstəkləməsi uzaq bir ehtimal da ola bilər. Çünki ABŞ İsraillə bağlı istənilən addımı ölkənin daxili siyasətində özünü göstərir. Fələstin dövlətinin qurulmasının dəstəklənilməsi ABŞ-dakı yəhudi lobbisinin və yəhudi camaatların ABŞ rəhbərliyinə təzyiq etməsinə səbəb olacaq. Hətta İsrailin böyük dəstəyini alan Konqres də təzyiq edənlər arasında yerini alacaq. Fələstinli professor Yusif hesab edir ki, qarşıdakı altı ay ərzində İsraildə keçiriləcək seçkilərin nəticələri bu böhrandan çıxış yolu ola bilər. Onun fikrincə, təhlükəsizlik və strateji baxımından ABŞ rəhbərliyində İsrailə qarşı heç bir dəyişiklik baş verməyəcək, bu vəziyyət müvəqqəti xarakter daşıyır. Çünki İsrailin ABŞ üçün əhəmiyyətli bir sərmayə və strateji bir əhəmiyyəti vardır. Buna görə də ABŞ-ın İsrailə dəstəyi gələcəkdə də davam edəcək. İsrail parlamentinin (Knesset) ərəb üzvü Saninin də fikri budur ki, iki tərəf arasında orqanik bir bağlılıq var.

Böhranın vaxtı məqsədli şəkildə müəyyən edilib

Sani belə söyləyib: "ABŞ və İsrail bir-biri ilə müttəfiq kimi davranır. Sionist siyasət və iqtisadiyyat, siyonist nüfuz və varlıq ABŞ-ı nəzarət altında saxlayır. İndiki halda ortaya çıxarılan böhranın məqsədi sənədlərin bir-birinə qarışdırılıb İsrail və ABŞ maraqlarına uyğun şəkildə təkrar toplanmasıdır. Böhranın təşkil edilməsinin vaxtı da təsadüfi deyil. Əksinə, Fələstin tərəfinin Fələstin dövlətinin beynəlxalq miqyasda tanınması üçün BMT-yə müraciət etməsinə maneə törətmək üçün xüsusi seçilib. Bu böhranların ciddi qəbul edilməsi mümkün deyil. Buna görə də yaradılan süni böhranlar fincanda qopan bir fırtınadan qırağa çıxmayacaq. Bundan əvvəl də İsrail-ABŞ əlaqələri gərgin dövrünü yaşayıb. Xüsusilə də baş nazir İsak Şamir zamanında. Ancaq bu böhranlar son nəticədə İsrailin mövqeyini dəyişdirmədi. Əksinə bu böhranlar ABŞ-ın mövqeninin İsrailin mövqeyinə uyğun dəyişməsi ilə nəticələndi. Bir sözlə, dünyanın fövqəldövləti adlandırılan ABŞ İsraili yox, İsrail ABŞ-ı istiqamətləndirir. Bir müddət əvvəl BMT-nin Təhlükəsizlik Şurasında İsrailin Fələstin ərazisində davam etdirdiyi qanunsuz məskunlaşmalar müzakirə olundu. ABŞ rəsmiləri hər addımda inşaat işlərinin dayandırımasının zəruriliyini, əks halda bunun İsrail-Fələstin sülh danışıqlarına mənfi təsir edəcəyini bildirirsələr də bu ölkənin sionist mahiyyəti sonda öz sözünü dedi. Belə ki, Təhlükəsizlik Şurasının 14 üzvü məskunlaşmaları pisləyən qərarın lehinə səs versələr də ABŞ veto hüququndan istifadə edərək qanunun qəbulunu əngəllədi.

Bütün xəbərlər Facebook səhifəmizdə