Avropanın bəzi ölkələri riskə gedirlər TƏHLÜKƏ

Avropanın bəzi ölkələri riskə gedirlər TƏHLÜKƏ

Vəziyyət isə daha da gərginləşə bilər

Çexiya Respublikasında mağazaların tədricən açılması müşahidə olunur, insanlar tennis oynamaq və üzmək hüququnu bərpa ediblər. SİA xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Avstriya pasxadan sonra kiçik dükanların fəaliyyətini bərpa etməyi planlaşdırır. Danimarka koronavirus hallarının sabit qalacağı halda, gələn həftədən etibarən uşaq bağçalarını və məktəbləri açmaq qərarını verib. Norveçdə də uşaq bağçaları və məktəblərin bir həftədən sonra açılacağı güman olunur.

Adıçəkilən Avropa ölkələrində bəşəriyyətin təhlükəli virusdan sığortalana biləcəyinə ümid bu qədərmi çoxdur?

Bu ölkələr hökumətlərinin koronavirus pandemiyasında qoyduqları məhdudiyyətlərdən sonra Qərbdə ilk olaraq gündəlik həyata geri dönməyi planlaşdıranlar sırasındadırlar. Belə ki, mövcud vəziyyətdə - iqtisadi və sosial basqı mühitinin artdığı bir zamanda lokautdan çıxış yolları axtaran digər ölkələr isə hansı dərslərdən nəticələrin çıxarılacağı barədə öyrənmək istəyirlər.
Oksfordun biznes məktəbinin səhiyyə məsələləri üzrə eksperti, doktor Piter Drobak bildirib ki, məhdudiyyətləri yüngülləşdirən ölkələr Qərb üçün mühüm və ümidverici nümunədirlər. Ancaq bu həqiqətən belədir? Adıçəkilən Avropa ölkələrində bəşəriyyətin təhlükəli virusdan sığortalana biləcəyinə ümid bu qədərmi çoxdur?

ÜST-ün Avropa üzrə regional direktoru, doktor Hans Klüge: “İndi ölçüləri yüngülləşdirməyin vaxtı deyil”

Qeyd edək ki, bu addımlara qarşı çıxan, etiraz edən tərəflər də var və iddia olunur ki, koronavirus təhlükəsi tam aradan qaldırılmamış belə qərarların verilməsi daha ağır nəticələrə gəritib-çıxara bilər. Misal üçün, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru, doktor Hans Klüge xəbərdarlıq edib ki, Avropadakı vəziyyət hələ də çox narahatedicidir və hər hansı stabillik bütövlükdə COVID-19 virus infeksiyasının yox olması anlamını daşımır. “İndi ölçüləri yüngülləşdirməyin vaxtı deyil”, deyə avropalı səhiyyə adamı sözügedən məhdudiyyətlərin aradan qaldırılmaması üçün israr edib.

Lakin göründüyü kimi, ortada böyük riskə gedilir və belə risklər yalnız həmin ölkələrin deyil, digər ölkələrə də təhlükə yarada biləcəyi proqnozunu qüvvədə saxlayır. Əgər bu gün Çində, İranda da eyni addımlar atılırsa, bu Avrasiya regionunda yeni qığılcımların yaranmasına səbəb ola bilər. Necə ki, Çexiya, Danimarka, Avstriya, Norveç, İsveç kimi ölkələr bu virus riskini yenidən və daha ağır şəkildə Avropa məkanında yaya bilərlər. Təəssüf ki, bu gün ABŞ-da, İtaliyada, İspaniyada baş verənlərdən hələ də ciddi nəticə çıxarmayan ölkələr qalmaqdadırlar.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə