“Qara qızıl” yenidən bahalaşdı

“Qara qızıl” yenidən bahalaşdı

ABŞ-da enerji resurslarına tələbatın artması, Liviyada qeyri-sabit vəziyyət narahatlıqlar yaradıb. SİA-nın xəbərinə görə, belə bir şəraitdə dünya bazarında neftin qiymətində qalxma müşahidə olunub.

 

London birjasında "Brent Crude Oil" markalı neftinin bir barelinin qiyməti 1.09 dollar bahalaşaraq 123,45 dollar təşkil edib.

Nyu-York birjasında isə "Light Sweet Crude Oil" markalı neftin bir barelinin qiyməti 1,55 dollar artaraq, 109,66 dollara çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə