ABŞ-da tornado: 2 nəfər ölüb, 25 nəfər isə xəsarət alıb

ABŞ-da tornado: 2 nəfər ölüb, 25 nəfər isə xəsarət alıb

ABŞ-ın cənubunda yerləşən Oklahoma ştatının Atoka rayonunda tornado baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata əsasən, hadisə nəticəsində Tuşka şəhərində 2 nəfər ölüb, 25 nəfər isə xəsarət alıb. İtkin düşənlərin olduğu bildirilir.

 

Güclü külək xeyli sayda tikiliyə, elektrik və rabitə xətlərinə ziyan vurub, ağacların kökündən çıxaraq aşmasına səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə