Tramp ÜST-ə alternativ yaradır? TƏKLİF

Tramp ÜST-ə alternativ yaradır? TƏKLİF

Ağ evin əməkdaşları ABŞ prezidenti Donald Trampa Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) alternativini yaratmağı təklif ediblər. SİA xəbər verir ki, bu barədə Politico prezident administrasiyasının mənbələrinə istinadən yazır. Belə ki, alternativ təşkilatı UNAIDS – 1990-cı illərin ortalarında BMT-nin bazasında yaradılmış VİÇ və QİÇS proqramı çərçivəsində təsis olunması təklif edilib. Çünki həmin illərdə də beynəlxalq aləm ÜST-ün QİÇS probleminin həll olunmasında gücsüz olduğunu bildirirdi.

Qeyd edilir ki, bu kimi ideyaları Ağ evin bəzi əməkdaşları, həmçinin ABŞ-ın Milli təhlükəsizlik şurasına daxil olanlar irəli sürüblər. Onların bir qisminin Çinə qarşı sərt siyasət yürütməyin tərəfdarları olduğu da nəşr tərəfindən yazılıb.

Xatırladaq ki, Tramp bu yaxınlarda ÜST-ün maliyyələşdirilməsinin dayandırılması mümkünlüyü barədə fikirlərini bildirmişdi. O, öz fikrini ÜST-ün koronavirusla bağlı vəziyyətdə uğursuz qərarlar qəbul etməsi ilə əsaslandırmışdı.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə