Seçki kampaniyasının bədxərc namizədləri kimlərdir?

Seçki kampaniyasının bədxərc namizədləri kimlərdir?

2012-ci ildə də prezident seçkisinə qatılmağı hədəfləyən ABŞ prezidenti Barak Obama seçki kampaniyasında böyük pullar xərcləməyi düşünür. SİA-nın məlumatına görə, tarixdə seçki kampaniyasına ən çox pul xərcləyən namizədlərin əksəriyyətinin ABŞ-dan olması diqqət çəkir. Ancaq tarixə nəzər saldıqda görünür ki, rekord miqdarda xərclər heç də həmişə namizədə uğur gətirmir. Tarix boyu seçki kampaniyasına ən çox pul xərcləyən namizədlər aşağıdakılardır:

 

1.Barak Obama

Barak Obama 2008-ci ildəki seçki kampaniyasına 730 milyon dollar xərcləyib. Yalnız televiziya reklamlarına xərclənən pul 278 milyon dollar olub. Obama rəqibi Makkeynini böyük səs çoxluğu ilə məğlub edərək qalib gəlib.

 

2.Corc Buş

Corc Buş 2004-cü ildəki kampaniyasında 367 milyon dollar xərcləyib. Bu pulun 70 faizini isə xüsusi fondlardan təmin edib.

 

3. Con Makkeyn

Con Makkeyn 2008-ci il prezident seçkisində Barak Obamanın qarşısına çıxaraq 333 milyon dollar xərcləyib. Bununla belə o rəqibinin seçki kampaniyasının xərclərinə çata bilmədi, əksinə seçkini də uduzdu.

 

4. Con Kerri

Con Kerri 2004-cü ildə Corc Buşla rəqabətdə olduğu prezident seçkisi kampaniyası üçün 310 milyon dollar xərcləyib. Buna baxmayaraq Kerri Corc Buşa məğlub olmaqdan xilas ola bilməyib.

 

5. Meq Uitman

Meq Uitman Kaliforniya ştatının qubernatorluğuna seçkilər üçün 178,5 milyon dollar xərcləyib. Əvvəllər "eBay" hərracının prezidenti postunu tutmuş xanım bu məbləğin hamısını şəxsi vəsaitləri hesabına xərcləyib. Uitman vaxtilə "Walt Disney" və "DreamWorks" kimi böyük şirkətlərdə çalışıb və xeyli sərvət toplayıb. O, həmçinin, istehlakçı məhsulları istehsal edən dünya üzrə tanınmış "Procter & Gamble" şirkətində də işləyib. Hazırda onun 1,3 milyardı olduğu bildirilir. Uitman seçki kampaniyasına böyük pullar xərcləməsinə baxmayaraq seçkini uduzdu. O, seçki kampaniyasında bədxərclik etdiyi üçün tənqid hədəfinə çevrildi.

 

6. Maykl Blumberq

Media milyarderi Blomberg Nyu-York şəhərinin mer seçkisinə 101 milyon dollar xərcləyərək seçkini qazanıb. O, həmçinin, mer vəzifəsinə seçilmək qaydalarında da dəyişiklik edib. Əvvəllər bu vəzifəyə yalnız iki dəfə seçilmək mümkün idisə, bundan sonra bir namizəd 3 dəfə Nyu-York meri seçilə bilər.

7. Uilyam Makkinley

Tarixin ilk ən böyük seçki kampaniyasını ABŞ prezidentliyə namizədi Uilyam Makkinley icra edib. 1896-cı ildə o dövrdə bir seçki kampaniyası üçün heyrətləndirən rəqəm olan 78,2 milyon dollarından keçərək seçkini qazanmışdı.

8. Stefen Harper

Kanada baş naziri Harper 2006-cı ildə seçkiləri rahat qazanmışdı. Qanunlar 18,3 milyon dollarlıq bir seçki kampaniya sərhədi müəyyən etsə də Harper bu sərhədi 19,3 milyon dollar xərcləyərək keçdi.

Bütün xəbərlər Facebook səhifəmizdə