Müəyyən problemlərə baxmayaraq, astronomlar tərəfindən kosmik məkanda Yer planetinə bənzər obyektlərin axtarılması inadla davam etdirilməkdədir. Bu baxımdan ötən ilin sonlarında ABŞ və Yaponiyadan olan astronomların verdikləri açıqlamalar diqqəti cəlb edir. Məlum olub ki, bu günə kimi kosmik məkanda - kainatda 500-dən artıq Yer planetinə oxşayan obyektlər var.
Alimlər tərəfindən ekzoplanet adı verilən bu obyektlərdən bəziləri həcminə görə Yerə daha yaxın, bəziləri isə ondan kiçikdirlər.
Qeyd edək ki, Yerə bənzər daha iri planetlərin axtarışına yalnız bu yaxınlarda başlanılıb. Astronomlar bunun səbəbini, adətən, digər qalaktikaların olduqca uzaq məsafədə yerləşməsi ilə izah edirlər. Bu baxımdan son illərdə yerəbənzər çox sayda ekzoplanetlərin kəşf edilməsi onların, bəlkə də, bizə daha yaxın məsafədə yerləşməsi ilə izah edilə bilər. Bununla belə, ekzoplanetlərin kəşf edilməsi heç də asanlıqla baş verməyib. İlk ekzoplanet 15 il bundan əvvəl elm və texnikanın sürətli inkişafından sonra aşkar edildi. Sonrakı illərdə isə bu proses daha sürətlə getməyə başladı. Bu da astronomlar tərəfindən təbii qarşılanmaqdadır.
Məsələn, ABŞ-ın Berkli şəhərindəki Kaliforniya Universitetinin tanınmış tədqiqatçısı Endru Hovard: "Elm və texnika inkişaf etdikcə kainatda ekzoplanetlərin daha çox sayda aşkar edilməsi baş verəcək. Əgər yaxın gələcəkdə hər ikinci və ya səkkizinci ulduzun yerəbənzər olması müəyyən edilsə, mən ona təəccüblənməyəcəyəm",- deyib
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB