Dövlət başçısı İlham Əliyev Danimarka Kraliçasını təbrik edib

Dövlət başçısı İlham Əliyev Danimarka Kraliçasını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Danimarkanın Kraliçası II Marqreteni təbrik edib. SİA-nın xəbərinə görə, təbrik məktubunda deyilir: "Danimarka Krallığının milli bayramı - Təvəllüd gününüz münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm. Əminəm ki, Azərbaycan ilə Danimarka arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı daim xalqlarımızın rifahına xidmət edəcəkdir".

İlham Əliyev xanım II Marqreteyə möhkəm cansağlığı, işlərində uğurlar, dost Danimarka xalqına əmin-amanlıq və firavanlıq diləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə