Prezident İlham Əliyev Astarada Dövlət Bayrağı Meydanı ilə tanış olub
Aprelin 15-də Prezident İlham Əliyev Astarada Gənclər Evinin açılışında iştirak edib. SİA-nın xəbərinə görə, əvvəlcə Prezident İlham Əliyev Astara şəhərinin Heydər Əliyev prospektində yaradılmış Dövlət Bayrağı Meydanı ilə tanış olub. Meydanda 65 metr hündürlüyündə Dövlət Bayrağı ucaldılıb. Ətrafda ən müasir tələblərə cavab verən park salınmış, müasir işıqlandırma sistemi qurulmuş və abadlıq işləri görülüb.
Dövlətimizin başçısı Gənclər Evinin açılışını bildirən lenti kəsdikdən sonra ümumi sahəsi 900 kvadratmetr olan ikimərtəbəli bina ilə tanış oldu. Bildirildi ki, burada gənclərin istirahəti və dincəlməsi üçün hər cür şərait yaradılmışdır. Binanın birinci mərtəbəsində çay evi və internet klub, ikinci mərtəbədə isə bayraq guşəsi və şahmat klubu fəaliyyət göstərir. Ümumilikdə burada 12 nəfərin işlə təmin olunması nəzərdə tutulub.
Məlumat verildi ki, gənclər çay evində cənub bölgəsində yetişdirilən çay nümunələrindən dəmlənmiş çay içib öz istirahətlərini təşkil edə bilərlər. Şahmat klubunda isə yeniyetmə və gənclər bu qədim oyunun sirlərinə yiyələnə, ərazidəki Dövlət Bayrağı Muzeyində Azərbaycan tarixinin şanlı səhifələri ilə tanış ola biləcəklər. Muzeydə 1918-ci ildən bəri Azərbaycanda mövcud olan dövlət bayraqlarının nümunələri təqdim edilir, bununla yanaşı, qədim pullar, medallar və digər tarixi eksponatlar nümayiş olunur. Muzeydə Azərbaycanın hərb tarixinə dair eksponatlara da geniş yer verilib.
Prezident İlham Əliyev görülmüş işləri yüksək qiymətləndirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB