"Videokonfransın keçirilməsi insanlığa xidmətin göstəricisidir" RƏY-ÖZƏL

“Azərbaycan Pespublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının vidiokonfrans vasitəsi ilə zirvə görüşünün keçirilməsi türkdilli xalqların birliyinə, həmrəyliyinə olan inamı, dəstəyi nümayiş etdirməklə dövlətimizin rəhbərinin uzaqgörənliyinin ifadəsidir”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

O bildirib ki, Zirvə görüşünün videokonfrans şəklində keçiriləməsi nəinki Türk Dövlətləri Əməkdaşlıq Şurasına üzv olan ölkələrin xalqları üçün, eləcə də dünyanın bütün xalqları üçün əhəmiyyətlidir. Bu, həmrəylik, birlik, sülh, əminamanlıq üçün bütün dünya rəhbərlərinə bir mesajdır. Azərbaycan Prezidentinin xalqların təhlükəsizliyinə, sağlamlığına qayğısının, münasibətinin göstəricisidir. Çünki bu gün dünya xalqları koronavirus qarşısında acizdir. Minlərlə insan bu bəlanın qurbanı olub, yüz minlərlə insanın həyatı təhlükədədir və bəşəriyyət həyacan içərisindədir”.

Deputat söyləyib ki, belə bir dövrdə dövlət rəhbərlərini bir araya gətirmək və Zirvə görüşünün Bəyannaməsini qəbul edərək dünya dövlətlərini, beynəlxalq təşkilatları koronavirusa, çətinliklərə, fəlakətlərə qarşı birgə mübarizəyə səsləmək hümanizm, xeyirxahlıq, uzaqgörənlik nümunəsidir: “Bu, bəşəri ideyalara sadiqlik, insanlığa xidmətdir. Cənab İlham Əliyev bu vidiokonfransı keçirməklə insanlığa xidmət etdiyini bir daha bütün dünyaya göstərdi”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...