Rasim Əliquliyev: “Bu ilin sonunadək Azərbaycan vətəndaşları elektron imza ilə təmin olunacaqlar”
"Azərbaycanda elektron imzanın tətbiqi ləngimir. Elektron imzanın tətbiqi asan məsələ deyil. Elektron imza bütün Azərbaycan vətəndaşlarını əhatə edə biləcək bir texnologiyadır". SİA-nın xəbərinə görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev məlumat verib. O bildirib ki, elektron dövlətin əsas atributlarından biri elektron imzanın tətbiqidir. Onun sözlərinə görə, Rabitə və İnformasiya Texnologiya Nazirliyi tərəfindən elektron imzanın tətbiqi ilə əlaqədar çox mühüm işlər həyata keçirilib.
"Elektron imzanın tətbiqi məsələsinin hüquqi əsasları artıq işlənib. Parlament tərəfindən Elektron imza və elektron sənəd haqqında qanun qəbul olunub. Bu qanunun icrası ilə bağlı nazirlik layihələr həyata keçirib. Elektron imzanın texnoloji elmi problemi artıq geridə qalıb. Artıq elektron imzanın texnoloji problemləri həll olunub. Hazırda aparılan işlər məsələnin təşkilati, hüquqi həlli üzrədir. Yaxın zamanlarda artıq Azərbaycan vətəndaşları elektron imza ilə təmin olunacaqlar", - deyə o əlavə edib.
R.Əliquliyev vurğulayıb ki, elektron imzanın tətbiq olunmasında heç bir məhdudiyyət görmürəm: "Elektron imza cəmiyyətin bütün sferalarına aid ediləcək: Bununla bağlı heç bir məhdudiyyət olmayacaq. Hər bir vətəndaş, hər bir dövlət qurumu elektron imzadan istifadə edəcək. Bu ilin sonuna kimi Azərbaycan vətəndaşları elektron imzadan istifadə edə biləcəklər".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB