İnformasiya Texnologiyaları İnstitutunda Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 20 illiyinə həsr edilmiş sərgi keçirilib
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 20 illiyinə həsr edilmiş sərgi keçirilib. SİA-nın xəbərinə görə, İTİ-nin direktoru Rasim Əliquliyev bildirib ki, AMEA da müstəqilliyin 20 illiyinin keçirilməsi ilə bağlı ayrı-ayrı institutlara müvafiq tapşırıqlar verilib. Bütün institutlar olduğu kimi, İnformasiya Texnologiyaları İnstitutunun da bu təşəbbüsə qoşulduğunu deyən R.Əliquliyev qeyd edib ki, bu sərgidə Azərbaycan müstəqillik elan etdikdən sonra son 20 il ərzində institutun informasiya texnologiyaları sahəsində qazandığı nailiyyətlər, dünyaya təqdim edilmiş müxtəlif elmi nəticələri, ötən 20 il ərzində çap edilmiş müxtəlif kitablar, elmi məqalələr nümayiş olunub, dünya səviyyəsində elmi nəticələr barədə alimlərə məlumat verilib: "Nailiyyətlərimiz çoxdur və müxtəlif elmi kollektivlərdə əldə olunmuş nailiyyətlər artıq dünya səviyyəsində qiymətə layiqdir. Artıq elmi nəticələrimiz dünyanın elmi mərkəzlərinin diqqətini cəlb edir. Bu bizim son tədbrimiz deyil və bu müxtəlif vaxtlarda yenidən təkrar oluna bilər. Belə bir tədbir AMEA-nın bütüm institutlarında təşkil olunur. Alimlər, bu sahə ilə məşğul olan ziyalılar belə tədbirlər vasitəsilə son 20 ildə əldə olunan nailiyyətlər barədə ətraflı məlumatlar alıblar".
İnstitutun direktoru qeyd edib ki, cari ilin 3 ayı ərzində elmi araşdırmalarla bağlı tapşırıqlar verilib, hər bir alimin qarşısında konkret tapşırıqlar qoyulub: "İnstitutun qəbul etdiyi planlar əsasında elmi araşdırmalar aparılır. AMEA-nın qayda-qanununa görə ilin sonunda hesabat hazırlanıb, akademiyaya təqdim olunur. İnformasiya texnologiyalarının elmi problemləri ilə bağlı geniş əməkdaşlıq artıq qurulub. Hazırda Cənubi Koreya ilə əməkdaşlığımız var, bu yaxınlarda Kanada ilə əməkdaşlığımız başlayacaq. Bir sözlə, informasiya texnologiyalarının elmi problemləri ilə bağlı geniş şəkildə əməkdaşlıq qurulub. İKT həyatda geniş tətbiq olunduğu kimi, onun elmi əsasları da inkişaf etdirilir".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB