Şurada maliyyələşən layihələrin rəhbərləri və mühasibləri üçün təlimlər davam edir

Şurada maliyyələşən layihələrin rəhbərləri və mühasibləri üçün təlimlər davam edir

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2011-ci ildə maliyyələşdirdiyi layihələrin həyata keçirilməsinin effektivliyinin artırılması üçün layihə rəhbərləri və mühasibləri üçün layihələrin idarə olunması və hesabatların təqdim edilməsi mövzularında təlimlər davam edir.

Şuradan SİA-ya verilən xəbərə görə, bu gün iki növbədə sosial məsələlərə dair təşəbbüslər istiqamətində maliyyələşdirilən 54 QHT-nin layihə rəhbərləri və mühasiblərinə təlimlər keçilib.

Layihə idarəetməsilə bağlı təlimi aparan Şuranın icraçı direktoru F. Qurbanov iştirakçılara layihənin idarə olunması prosedurları ilə bağlı təlimatları, layihənin icrasında diqqət yetirilməli əsas məqamları açıqlayıb, eləcə də layihənin icrasından effektli nəticələrin əldə edilməsi üçün tövsiyələr verib. F. Qurbanov təlim iştirakçılarının bu məsələlərlə bağlı çoxsaylı suallarını cavablandırıb.

Təlimin ikinci yarısını aparan Şuranın baş mühasibi Tofiq Həsənov QHT-də ilkin və mühasibat uçotunun təşkili və MMUS-un tələbləri haqda məlumat verib, maliyyə vəsaitindən istifadə qaydaları, maliyyə hesabatlarının tərtibi, hesabatvermə, maliyyə hesabatının təsviri hesabatla uyğunluğu barədə təlim iştirakçılarını maarifləndirib və qaydalara riayət etməyənlər üçün görülən tədbirlər haqqında danışıb.

Təhsil məsələlərinə dair təşəbbüslər istiqamətində maliyyələşdirilən layihə rəhbərləri və mühasibləri üçün keçiləcək növbəti təlim aprelin 19-da Şuranın ofisində olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə