Gəncədə “Əlilliyi olan gənclərin məşğulluq imkanlarının axtarılması” mövzusunda müşavirə keçirilib
Gəncə şəhərində "Əlilliyi olan gənclərin məşğulluq imkanlarının axtarılması" mövzusunda müşavirə keçirilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, müşavirədə Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin rəsmiləri ilə yanaşı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri də iştirak edib.
Aparılan müzakirələrdə əlilliyi olan uşaqların, həmçinin gənclərin məşğulluq imkanlarının axtarılması, onların müxtəlif peşələrə cəlb olunması ətrafında geniş fikir mübadiləsi aparılıb.
Mütəxəssislərin fikrincə əlil olan insanların cəmiyyətə inteqrasiyasını asanlaşdırmaq üçün ilk növbədə ictimaiyyətin maarifləndirilməsinə xüsusi ehtiyac var. Məhz bundan sonra hansısa ciddi irəliləyişdən danışmaq olar.
"Dayanıqlı inkişaf naminə birgə fəaliyyət" layihəsinin tərkib hissəsi olan "Əlilliyi olan gənclərin məşğulluq imkanlarının axtarılması" proqramı çərçivəsində 30 min əlil gənc işlə təmin edilib. Hazırda Azərbaycanda sahibkarlıqla məşğul olanlar arasında əlil soydaşlarımız var. Bundan əlavə təkcə Gəncə şəhərində əlil vətəndaşlar üçün ilk qeyri-hökumət təşkilatı fəaliyyət göstərir.
Aparılan araşdırmanın nəticələri göstərib ki, əlil kateqoriyasından olan insanlar bəzi sahibkarlar və iş adamları tərəfindən işə götürülmür. Başqa ifadə ilə desək bəzi şəxslərdə əlil insanların işlərini lazımınca yerinə yetirə bilməmələri təfəkkürü yaranıb. Belə tədbirlərin təşkili məhz bu cür faktların aradan qaldırılmasına xidmət edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB