İranda yoluxanlardan 50%-i sağalıb RƏSMİ

İranda COVID-19-a yoluxanların yarısı sağalıb. SİA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Kianuş Cahanpur bildirib.

"Ötən sutka ərzində 1972 koronavirusa yoluxma halı qeydə alınıb. Bu göstərici daxil olmaqla, ümumilikdə 68 min 192 yoluxma baş verib", deyə iranlı nazir bildirib. Onlardan 35 min 465 nəfəri – 50% -i sağalıb. Ölənlərin sayı isə sutka ərzində 122 nəfər olmaqla, 4232-ni təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə