Ukraynada rəqəmlər sürətlə artır - 2203 YOLUXMA

Ukraynada koronavirusa yoluxanların sayı bir sutka ərzində 1892 nəfərdən 2203 nəfərə yüksəlib. SİA xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirliyinin mətbuat katibliyi Telegram-kanalda fəaliyyət göstərən “Koronavirus info” rəsmi saytında məlumat yayıb. Bildirilir ki, 69 nəfər ölüb, 61 nəfər xəstə isə sağalıb.

Beləliklə, son sutka ərzində yoluxma halı rekord həddə - 311-ə yüksəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə